“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”
Kəlbəcər rayonunun Mozqaraçanlı kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, “araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.