Kəlbəcər atəşə tutulub

Xəbərlər

09.04.2024 - 14:51

Azərbaycan Ordusunun mövqelərinə atəş açılıb

Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş