Hazırda reanimasiya şöbələrində 202 nəfər müalicə alır
Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən” (TƏBİB) AYNA-ya verilən xəbərə görə, hazırda reanimasiya şöbələrində 202 nəfər müalicə alır. Xəstələrdən 31 nəfəri isə süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1793 nəfərdir.