Ermənistanın Kəlbəcəri boşaltması üçün verilən vaxt uzadılıb

Aktual

15.11.2020 - 14:54

Hikmət Hacıyev: “Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib”

 

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Bəyanata əsasən, 15 noyabrda Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub. Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmayıb”.

 

AYNA xəbər verir ki, bu sözləri brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentinin köməkçisi bildirib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə