2023-cü ildə 190 nəfərə dosent elmi adı verilib
Ötən il 190 nəfərə dosent elmi adı verilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Ən çox dosent elmi adı filologiya elmləri üzrə fəaliyyət göstərənlərə verilib. Mexanika, sosiologiya, antropologiya, memarlıq və fəlsəfə üzrə isə ötən il dosent elmi adı alan olmayıb.