Karantindən çıxmaq cəhdi İranda əks-təsir göstərib

Dünya

29.05.2020 - 15:02

Son 24 saatda 2 min 819 nəfər koronavirusa yoluxub

 

İranda son 24 saatda 2 min 819 nəfər koronavirusa yoluxub və virusa yoluxanların sayı 146 min 668 nəfərə çatıb. Virusdan ölənlərin sayı da 50 nəfər artaraq 7 min 677-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyin sözcüsü Kiyanuş Cihanpur açıqlamasında bildirib.

 

Bununla yanaşı, Cihanpur ölkədə 114 min 931 nəfərin insanın virusdan sağaldığını, 2 min 547 insanın isə ağır vəziyyətdə reanimasiyada müalicə aldıqlarını bildirib.

 

Qeyd edək ki, İranda dünən 63, mayın 27-də 56, mayın 26-da 57, mayın 25-də 34, mayın 24-də isə 58 nəfər COVID-19-un qurbanı olub.

Müəllif: Ayna.az