Karantin qaydalarının pozulduğu yas məclisi aşkarlanıb

Xəbərlər

26.08.2021 - 11:22

Ev sahibi barəsində inzibati qaydada tədbirlər görülüb

 

Saatlıda karantin qaydalarının pozulduğu yas məclisi aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

 

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb vəhəmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Müəllif: Ayna.az