Karantin qaydalarını pozan idman zalı aşkar edilib

Xəbərlər

24.02.2021 - 17:28

Toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib

 

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildiriblər ki, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhərin 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyənləşdirilib. İcarədar - Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün polis şöbəsinə gətirilib.

 

Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən edilmişdi. Həmin vaxt N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib olunmuşdu.

Müəllif: Ayna.az