Karantin icazələrinin ləğvində ciddi problemlər var: <font color=red> Belə olmur</font>

Cəmiyyət

06.07.2020 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Osman Gündüz: “İqtisadiyyat Nazirliyi və ASAN icazələrin ləğetmə prosesində Nazirlər Kabinetinin qərarına zidd olaraq qüsurlara yol verir”

 

“Ötən gündən etibarən icaze.e-gov.az sistemi vasitəsi ilə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarına uyğun olmayan icazələrin xeyli hissəsi ləğv edilib. İcazələrin tənzimlənməsi Nazirlər Kabinetinin qərarına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. icaze.e-gov.az portalının idarəetməsi isə ASAN-a məxsusdur. Proses necə həyata keçirilir? İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin məlumat bazasında olan, əsas fəaliyyət növləri kodlaşdırılan və fəaliyyətinə icazə verilməyən qurumların VÖEN-lərini ASAN-a yönəldir”.

 

AYNA bildirir ki, bu sözləri Multimedia Mərkəzinin rəhbəri, İKT mütəxəssisi Osman Gündüz karantin dövründə verilən icazələrin ləğvi prosesini izah edərkən deyib. O.Gündüz bildirib ki, ASAN isə icaze.e-gov.az, portalın bazasında olan bu VÖEN-lərin icazələrini bir düyməni basmaqla ləğv edir: “Bu qurumlar ümumiyyətlə yeni icazə üçün sistemə əlavələr edə bilmirlər. İcazələrin ləğvi ilə bağlı hər hansı bildiriş verilmir. İcazələrin ləğvi prosesində qanunvericiliyin tələblərinə əməl olunubmu? Sosial mediadan əldə etdiyim məlumat onu deməyə əsas verir ki bu prosesdə ciddi problemlər var”.

Osman Gündüz: “Bu rüsum 3000 faizədək qaldırılıb” Yeni Sabah

Mütəxəssis hesab edir ki, İqtisadiyyat Nazirliyi və ASAN icazələrin ləğetmə prosesində Nazirlər Kabinetinin qərarına zidd olaraq qüsurlara yol verir: “Birincisi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsinin ləğvi ilə bağlı bildirişlər verilməyib və nəticədə cərimələr tətbiq edilib. İkincisi fəaliyyət kodu üzrə icazənin niyə ləğv olunduğunu aydınlaşdırmaq, yeni icazə müraciətləri üçün çevik və effektiv mexanizmlər nəzərdə tutulmayıb. Üçüncüsü isə İqtisadiyyat Nazirliyi bir neçə fəaliyyət istiqaməti olan qurumların icazəsini müəyyən edərkən birmənalı olaraq fəaliyyətinə icazə verilməyən istiqaməti əsas götürüb və onun icazəsinin ləğvi üçünı VÖEN-ni ASAN-a yönləndirib.

Belə olan halda isə qurum qanuni fəaliyyətinə icazə verilən sahə üzrə işlərini davam etdirə bilməyib. İşçiləri cərimələrlə üzləşib”.

 

“Uzun illər köhnə, əsas istiqamət üzrə fəaliyyət göstərməyən, yeni fəaliyyət istiqaməti üzrə hətta dövlətin güzəştli kreditlərindən istifadə edərək sahibkarlıq fəaliyyəti quranların da icazələrinin ləğvi onu göstərir ki, dövlət qurumlarının informasiya sistemləri arasındakı inteqrasiya indiyədək də baş tutmayıb. Bir sıra vacib, strateji əhəmiyyət kəsb edən qurumların da icazələrinin ləğvi onu göstətir ki prosesin tənzimlənməsində tələskənliyə yol verilir və düzgün qərarların qəbulu üçün zəruri olan informasiyalar yetərli deyil”, - deyə Gündüz vurğulayıb.

 

Mərkəz rəhbərinin qənaətincə ASAN və İqtisadiyyat Nazirliyi arasında icazələrlə bağlı məsələlərin tənzimlənməsi üçün hər hansı işçi qrupunun, komissiyanın fəaliyyəti gözə dəymir: “Düşünürəm ki nazirlik və ASAN icazələrin tənzimlənməsi üçün birgə səylərini gücləndirməlidir. Fikrimcə, ölkəmizdə xüsusi karantin rejimi müddətində qısa zamanda yaradılan ən faydalı rəqəmsal həllərdən biri olan icaze.e-gov.az portalının imkanları genişləndirilməlidir. Problemlərin həlli üçün daha effektiv həllər təqdim olunmalıdır. Ən azı bir fəaliyyət istiqaməti üzrə fəaliyyətinə icazə verilən qurumların icazələri ləğv edilməməlidir. Portalda qurumların mövcud fəaliyyət istiqamətlərinin seçim imkanları yaradılmalıdır. Dövlət Vergi Xidməti “ASAN imza” ilə bağlı əlçatımlıq və qiymət məsələsinə yenidən baxmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş