Atışma səslərinin eşidildiyi Karakasda sakitlikdir
Bir neçə saat əvvəl atəş səslərinin eşidildiyi Venesuelanın paytaxtı Karakasda vəziyyət nəzarət altındadır. AYNA.AZ xəbər verir ki, bu barədə Fransa xəbər agentliyi “Agence France-Presse” məlumat yayıb.
Agentliyin müxbiri Denni Kemp yazıb: "Vəziyyət nəzarət altındadır".
Qeyd edək ki, bu gün Venesuelada prezident sarayının yaxınlığında atəş səsləri eşidilib. Atışmadan sonra Karakas şəhərinin mərkəzində təxliyələr başlayıb.