Kansler Azərbaycan liderini Almaniyaya səfərə dəvət edib

Xəbərlər

04.12.2025 - 23:41

İlham Əliyev də Fridrix Merzi Azərbaycana dəvət edib

Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Almaniyaya səfərə dəvət edib.

AYNA.AZ bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Fridrix Merz İlham Əliyevə telefon zəngi zamanı Azərbaycan liderini Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merz də dəvəti məmnunluqla qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş