Yardım paketi Baş nazir Kastin Trüdo tərəfindən açıqlanacaq
Kanada hökuməti Ukraynaya 367 milyon dollarlıq hərbi yardım verməyi planlaşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, yeni yardım paketi Şimali Atlantika Alyansının (NATO) sammitində Baş nazir Kastin Trüdo tərəfindən açıqlanacaq.
Digər təfərrüatlar açıqlanmayıb. Bildirilib ki, hökumət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşəcək.
Daha əvvəl təşkilatın baş katibi Yens Stoltenberq bildirib ki, NATO hətta hərbi təchizatda koordinasiya rolu olsa belə, Ukraynaya uzunmüddətli yardıma zəmanət verə bilməz, lakin onu daha proqnozlaşdırıla bilən və sabit edəcək.