Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin məbləği təxminən 135-150 milyard dollar arasında qiymətləndirilir
Kaliforniyada yanğınların vurduğu ziyan 135-150 milyard dollara çatıb. AYNA xəbər verir ki, bu barədə məlumatı “AccuWeather” xidməti yayıb.
Bildirilib ki, Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin məbləği təxminən 135-150 milyard dollar arasında qiymətləndirilir.
Məlumata görə, yanğınlar nəticəsində azı 10 nəfər ölüb.
Rəsmilərin bildirdiyinə görə, bu həftə yanğınlarda 10 mindən çox ev, bina və digər tikililər məhv olub.
Yanğın yaşayış binalarını məhv etməkdə davam edir. Yanğınlar nəticəsində 150 minə yaxın insan təxliyə edilib.
Yanğınsöndürmə rəsmiləri yanğınların səbəbinin hələ aydın olmadığını, lakin aktiv araşdırmanın aparıldığını deyirlər.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü “ən dəhşətli yanğınlardan” biridir. “Deyəsən, bu ərazilərə atom bombası atılıb”, - deyə qeyd edib.
Los-Ancelesdəki meşə yanğınlarının nəzarətdən çıxması nəticəsində minlərlə insan evakuasiya edilib