Kaliforniyada güclü fırtına səbəbindən 180 minə yaxın ev işıqsız qalıb

Dünya

05.01.2023 - 22:35

Həkimlər Klinikalar SEO Xidməti

Əlverişsiz hava şəraiti səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib

ABŞ-ın Kaliforniya ştatında pis hava şəraiti nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.

AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.

Əlverişsiz hava şəraiti səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib.

Kaliforniya qubernatoru bütün ştatda fövqəladə vəziyyət elan edib ki, bu da sakinlərə daha sürətli yardım göstərməyə imkan verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş