Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə edilib
Kaliforniya sahillərində sunami baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
"Kaliforniya sahillərində sunami baş verib və hazırda Kaliforniya ştatının Arina Kovunda gelgit göstəricilərinə əsasən sahil boyu hərəkət edir", - xəbərdarlıqda qeyd olunub.
Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə edilib.
Hündürlüyü 12 düymdən çox olan dalğa qeydə alınıb. Tezliklə daha çox dalğalar gözlənilir.
Xidmətdən bildirilib ki, ərazi sunami təhlükəsi ilə üzləşib, çünki onun unikal sualtı coğrafiyası "dalğa enerjisini cəmləşdirə bilər".
Qərb sahilinin qalan hissəsi üçün də sunami xəbərdarlığı edilib.