Ağ Ev Trampın əsas rəqibinin çıxışına qadağa qoyub
Ağ Ev ABŞ Prezidenti Donald Trampın əsas rəqibi sayılan Kaliforniya qubernatoru Qevin Nyusomun Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış etməsinə qadağa qoyub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qubernatorun Mətbuat Xidməti bu barədə sosial mediada məlumat yayıb.
İddia olunub ki, Ağ Ev və Dövlət Departamenti ABŞ-ın rəsmi pavilyonu olan “USA House”a təzyiq göstərib. Təşkilat forumun rəsmi media tərəfdaşı olan “Fortune” jurnalının dəvətinə baxmayaraq, Nyusomun mediaya danışmasına icazə verməkdən imtina edib.
Nəşr Nyusomu dəvət etdiyini və sonradan “USA House”dan "onun iştirakını təmin edə bilmədiyi" barədə bildiriş aldığını təsdiqləyib.