Kaliforniya polisi Trampa qarşı üçüncü sui-qəsdin qarşısını alıb

Dünya

14.10.2024 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Trampın seçki mitinqinin keçirildiyi yerin yaxınlığında silahlı şəxs həbs edilib

Kaliforniya ştatının Riversayd dairəsi polisi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki mitinqinin keçirildiyi yerin yaxınlığında silahlı şəxsi həbs edib. AYNA xəbər verir ki, Kaliforniya mediasının məlumatına görə, polis hadisəni "ehtimalla qarşısı alınmış sui-qəsd cəhdi" adlandırıb.

Polis tərəfindən Uem Miller kimi tanınan Kaliforniya ilə qonşu Nevada ştatının 49 yaşlı sakininin avtomobili mitinqin keçirildiyi ərazinin yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Axtarış zamanı onun üzərindən ov tüfəngi və tapança tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş