Tbilisi meri bu gün Azərbaycana rəsmi səfər edəcək
Gürcüstanın Tbilisi şəhər meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.
AYNA gürcü mediasına istinadən bildirir ki, Kaladzenin səfəri çərçivəsində Azərbaycanın paytaxtında iki şəhər - Tbilisi və Bakı arasında Qardaşlıq haqqında Memorandum imzalanacaq.
Həmçinin yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.