Prezidentin köməkçisi Operativ Qərargahın brifinqində çıxış edib
“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.
AYNA xəbər verir ki, bunu Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”, - o qeyd edib.