Azərbaycan və Ermənistan XİN başçıları yaxın günlərdə görüşəcəklər

Siyasət

17.01.2020 - 12:12

Elmar Məmmədyarov: “Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər”

 

“Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü bu ilin yanvar ayına planlaşdırılıb. Görüşün, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. O, dünən bu barədə müzakirə aparıldığını bildirib.

 

“Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov vurğulayıb.

Müəllif: Ayna.az