Kabil Moskva ilə əfqan miqrantların işlərə cəlb olunmasını müzakirə edir

Dünya

28.11.2025 - 11:41

Səfir: “Əfqanıstan tərəfi bu yaxınlarda məsələni Tatarıstan Prezidenti Rüstəm Minnixanovla müzakirə edib”

Kabil Rusiya hakimiyyəti ilə əfqan miqrant işçilərinin kənd təsərrüfatı işlərinə cəlb edilməsi imkanlarını müzakirə edir. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Əfqanıstanın Rusiyadakı səfiri Həsən Qull deyib.

Səfir qeyd edib ki, “Əfqanıstan tərəfi bu yaxınlarda məsələni Tatarıstan Prezidenti Rüstəm Minnixanovla müzakirə edib”.

Həsən əlavə edib ki, Kabil kənd təsərrüfatı işçiləri təklif edib, lakin digər sahələrdə də razılığa gəlməyə ümid edir.

Səfirin sözlərinə görə, hazırda heç bir konkret razılaşma əldə edilməyib və miqrant işçilərlə bağlı dialoq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş