Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Magistraturaya 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti iyunun 10-u, saat 10:00-dək uzadılır. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Xəbərdə qeyd edilib ki, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl mərkəzin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.
Xatırladaq ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin “Hesab”ından çıxılır.