Japarov Putinlə görüşmək üçün Kazana gedir

Dünya

19.02.2024 - 13:24

cedabet dərman SEO Xidməti

Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyaya səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Japarov Kazana “Gələcək Oyunlar” beynəlxalq çoxnövlü idman yarışının açılış mərasimində iştirak etmək üçün səfər edəcək.

“Tədbir çərçivəsində Qırğızıstan Prezidenti Putin və Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşəcək. Görüşlər zamanı tərəflər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrində müzakirə edəcəklər”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş