İtkinlər tapılıb

Xəbərlər

22.05.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları itkin düşən bir neçə nəfəri tapıb

Daxil olmuş müraciətlər əsasında mayın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 16-da Qazax rayonunun Kəmərli kəndində itkin düşmüş 2004-cü il təvəllüdlü qadın tapılıb və aidiyyəti üzrə təhvil verilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, həmçinin aprelin 29-da Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış sahəsində 2 azyaşlı övladı ilə itkin düşmüş 1994-cü il təvəllüdlü qadın, mayın 13-də Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü qadın, mayın 19-da Salyan rayonda itkin düşmüş 2007-ci il təvəllüdlü qız, mayın 20-də isə Sumqayıt şəhərinin ərazisində itkin düşmüş 2008-ci il təvəllüdlü qız və Binə qəsəbəsində itkin düşmüş 2009-cu il təvəllüdlü oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş