Dünən səhər saatlarında itkin düşən Ziyadi tapılıb
İtkin düşən 24 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Bildirilib ki, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.