İtaliyanın ən böyük stadionu olan “San Siro” söküləcək

İdman

30.09.2025 - 19:03

Milan Şəhər Şurası 81 min yerlik arenanın sökülməsi hüququnu təmin edib

İtaliyanın ən böyük stadionu olan "San Siro" söküləcək. AYNA.AZ xəbər verir ki, bu barədə "La Gazetta Della Sport" məlumat yayıb.

Milan Şəhər Şurası 81 min yerlik arenanın sökülməsi hüququnu təmin edib. Qərar növbəti iclasda səs çoxluğu ilə qəbul edilib: 24 seçici söküntünün lehinə, 20 seçici isə əleyhinə səs verib.

“San Siro” ərazisində yeni stadion tikiləcək. Türkiyənin İtaliya ilə birgə ev sahibliyi edəcəyi 2032-ci il Avropa çempionatının oyunları burada keçiriləcək.

“San Siro” stadionu 1926-cı ildə tikilib. A Seriyasının klubları Milan və İnter ev oyunlarını orada keçirirlər. 2026-cı ildə Milan və Kortina d'Ampezzo Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Fevralın 6-na planlaşdırılan açılış mərasimi bu stadionda baş tutacaq. Oyunlar fevralın 22-də başa çatacaq. Ondan sonra stadion söküləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş