“Beşiktaş” səfərdə “Ankaragücü”nü məğlub edib

İdman

25.12.2020 - 05:11

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə çempionatının XIV turu çərçivəsində 5 oyun keçirilib

 

Dekabrın 24-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Ankaragücü”nün qonağı olub.

 

AYNA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 0:1. “Beşiktaş”ın yeganə qolunu Damaqoy Vida vurub.

 

Günün digər matçında isə “Konyaspor” səfərdə “Kayserispor”u 1:2 hesabı ilə üstələyib. “Sivasspor” isə öz meydanında “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib. “Rizəspor”da “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəlib.

 

Turun yekun nəticələrinə görə turnir cədvəlinə 27 xalla “Alanyaspor” başçılıq edir. 26 xal toplayan “Qalatasaray” və “Fənərbağça” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

 

Müəllif: Ayna.az