Azərbaycan II Avropa oyunlarını onuncu yerdə başa vurub

İdman

30.06.2019 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti
Minskdə keçirilən II Avropa Oyunları başa çatıb. AYNA xəbər verir ki, Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub. u nəticə ilə Azərbaycan yığması "Minsk 2019"u 10-cu pillədə başa vurub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib. Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb. İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.
Müəllif: Ayna.az