Dəmir yolu nəqliyyatında 8 saatlıq milli tətil elan olunub
İtaliyada dəmir yolu nəqliyyatında 8 saatlıq milli tətil elan olunub. AYNA xarici mediaya istinadən bildirir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri tətil ediblər.
Tətilə səbəb kimi son dövrlərdə qatarlarda işçilərə qarşı fiziki zorakılıqların, hücumların artması və ötən günlərdə bir konduktorun bıçaqlanması göstərilib.
İtaliyanın “Trenitalia” şirkəti tətil səbəbindən şəhərlərarası, regional qatarların tam və qismən ləğv olunduğunu açıqlayıb, sərnişinlərə səfərlərin vaxtını dəyişdirmək tövsiyə olunub.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.