İsveçrənin Moskvadakı səfirliyi qarşısında həyəcan: ərazi mühasirəyə alınıb

Dünya

23.02.2023 - 16:59

cedabet dərman SEO Xidməti

Diplomatik nümayəndəliyin yaxınlığında qumbaraya bənzər əşyalar olan iki bağlama aşkar edilib

Rusiya paytaxtının mərkəzindəki İsveçrə səfirliyində qumbaraya bənzəyən əşyaların olduğu bağlama aşkar edildiyi üçün mühasirəyə alınıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir. 

"İsveçrənin Moskvadakı səfirliyinin binası yaxınlığında RGD-5 qumbaralarına bənzər iki əşyanın olduğu bağlama aşkar edilib. Hazırda ərazi mühasirəyə alınıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.

Yanğınsöndürənlər və polis hadisə yerinə gedib. 

Diplomatik nümayəndəlik vəziyyəti şərh etməkdən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş