İsveçin Baş naziri Ərdoğana təşəkkür edib

Dünya

24.10.2023 - 15:34

cedabet dərman SEO Xidməti

“Artıq parlament prosedurları başlayacaq və biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”

İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyinə görə minnətdarlığını bildirib.

AYNA xəbər verir ki, bu barədə İsveçin Baş naziri “X” sosial şəbəkəsində yazıb.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq və biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveçin Baş naziri yazıb.

Qeyd edək ki, Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu Türkiyə Parlamentinə təqdim edib. Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə məclisin səsverməsinə çıxarılacaq.

Xatırladaq ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək Alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib. Yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib. Bu sənədin Ankara tərəfindən vaxtından əvvəl ratifikasiyasına dair razılıq NATO, Türkiyə və İsveç arasında iyul ayında Vilnüsdə keçirilən Alyans sammitindən əvvəl əldə edilib, lakin bundan sonra Türkiyə tərəfi ərizənin təsdiqi üçün bir sıra şərtlər, o cümlədən terrorizmlə mübarizədə əməkdaşlıq irəli sürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş