İsveçdə hərbçilərin “TikTok”dan istifadəsi qadağan olunub

Dünya

27.03.2023 - 17:17

İsveç Müdafiə Nazirliyi Çində məlumat sızması təhlükəsi ilə əlaqədar orduya sosial şəbəkədən istifadəni qadağan edib

İsveç Müdafiə Nazirliyi Çində mühüm məlumatların sızması təhlükəsi ilə əlaqədar hərbçilərə rəsmi cihazlarda “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edib. AYNA xarici mediaya istinadən bildirir ki, hərbçilərə proqramı telefonlarından və planşetlərdən silmək əmr edilib.

Tətbiqin istifadəçi seçimləri, eləcə də telefonun yeri haqqında məlumat toplamaq qabiliyyətinin İsveç hərbçilərini bu addımı atmağa məcbur etdiyi bildirilir.

Müəllif: Ayna.az