İsveç Ukraynaya 25 milyon dollardan çox humanitar yardım ayırıb

Dünya

25.02.2026 - 09:46

“Yardım paketi Ukraynanın istilik, su, sığınacaq və qidaya olan təcili ehtiyaclarını ödəyəcək"

İsveç hökuməti Ukraynaya 230 milyon kron (25,31 milyon dollar) humanitar yardım ayırmaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə hökumətin açıqlamasında qeyd olunub.

"Hökumət Ukraynaya 2026-cı il üçün 230 milyon kron məbləğində yeni humanitar yardım paketi təqdim edib. Dəstək BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, Beynəlxalq Qırmızı Xaç Komitəsi və “Uşaqları Xilas Edin” təşkilatları arasında bölüşdürülür. Yardım paketi Ukraynanın istilik, su, sığınacaq və qidaya olan təcili ehtiyaclarını ödəyəcək", - deyə açıqlamada bildirilib.

İnkişaf və əməkdaşlıq üzrə xarici ticarət naziri Benjamin Dusanın sözlərinə görə, İsveç "Ukraynanın dayanıqlığını qoruyacaq və əhalinin ən həssas təbəqələrinə ümid parıltısı təqdim edəcək tədbirlər paketi" təqdim edib.

Hökumətin məlumatına görə, İsveçdən Ukraynaya göstərilən hərbi dəstəyin ümumi məbləği 103 milyard kron (11,37 milyard dollar), mülki dəstək isə 24,7 milyard kron (2,7 milyard dollar) təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş