Stokholm Finlandiyaya 20-dən 50-dək isveçli zabit göndərə bilər
İsveç Finlandiya Laplandiyasındakı NATO bazasına komandanlıq edəcək. AYNA xəbər verir ki, bu barədə “MTV3” mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, bazanın idarə olunması və qoşunlara komandanlıq etmək İsveçin üzərinə düşəcək.
Bundan əlavə, Stokholm Finlandiyaya 20-dən 50-dək isveçli zabit göndərə bilər. Baza heyəti də əsasən isveçlilərdən ibarət olacaq.
Dəqiqləşdirilir ki, bazanın İsveç komandanlığı Finlandiyaya diqqətini ölkənin cənub hissəsinin qorunmasına yönəltməyə imkan verəcək.
Bundan əvvəl məlum olub ki, İsveç və Finlandiya Kiyevə silahlarını Rusiya ərazisinin dərinliklərinə endirməyə icazə verəcək. İki ölkənin hökumətləri iddia edirlər ki, onların silahlarının beynəlxalq hüquq çərçivəsindən başqa heç bir istifadə məhdudiyyəti yoxdur.