İstehlaka yararsız tonlarla dondurma məhv edilib

Xəbərlər

28.01.2022 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu barədə AYNA-ya AQTA-dan bildirilib

“AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 11 adda, 19 691.46 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş