Hadisədə yaralananların sayı 81-ə çatıb
Türkiyənin İstanbul şəhərinin mərkəzində, İstiqlal küçəsində baş verən partlayışı bir qadının törətdiyi ehtimalı var. Məlum olub ki, bombanı bir qadın partladıb.
AYNA xəbər verir ki, bu barədə bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
“Bombanı bir qadının partlatdığı məlum olub. Hadisə ilə bağlı təhqiqat aparılır. Son məlumata görə 6 ölü və 81 yaralı var. Hadisə yerinin müayinəsi tam sürətlə davam edir” – deyə F.Oktay söyləyib.
Bu arada, partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
