İstanbulda İsrailə etiraz: aksiyaçılar konsulluğa daxil olublar

Dünya

18.10.2023 - 12:37

cedabet dərman SEO Xidməti

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Türkiyənin İstanbul şəhərində etirazçılar İsrail konsulluğunun binasına soxulublar. AYNA xarici mediaya istinadən bildirir ki, İstanbul polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Livanın Hizbullah hərəkatı konsulluğun artıq nümayişçilər tərəfindən ələ keçirildiyini bildirib.

Bundan əvvəl Ankara və İstanbulda İsrail səfirlikləri yaxınlığında etirazçılar toplaşıb.

Qeyd edək ki, Qəzzada 800 nəfərin ölümü ilə nəticələnən xəstəxanaya raket hücumuna qarşı Misir, Tunis, İordaniya, Türkiyə, Suriya, Livan, Yəmən, İran və Fələstinin digər şəhərlərində nümayişlər başlayıb.

HƏMAS hərəkatının rəhbəri Xalid əl-Məşəl İslam dünyasını İsrailin bütün ölkələrdəki səfirlikləri qarşısında nümayişlər keçirməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş