İsrailin Baş Naziri beynəlxalq birliyə İranla bağlı çağırış edib

Dünya

07.06.2020 - 21:26

“Dünya birliyi ABŞ-ın sanksiyalarına qoşularaq İranı “iflic etmə” tədbirlərinə başlamalıdır”

 

İsrailin Baş Naziri Benyamin Netanyahu beynəlxalq birliyi sanksiyalar vasitəsilə İranı "iflic etməyə" çağırıb. Bu barədə AYNA TASS-a istinadən məlumat verir. Netanyahu İranı sistematik olaraq öhdəliklərini pozmaqda və nüvə başlıqlarının zənginləşdirildiyi obyektləri gizlətməkdə ittiham edib.

 

O xatırladıb ki, İran MAQATE müfəttişlərinə hərbi nüvə fəaliyyətlərini həyata keçirdikləri gizli qurğulara çıxış imkanı yaratmaqdan imtina edib.

 

"Düşünürəm ki, vaxt gəldi. Əslində, vaxt çoxdan gəlib, amma indi bu yeni məlumatlar fonunda dünya birliyi ABŞ-ın sanksiyalarına qoşularaq İranı “iflic etmə” tədbirlərinə başlamalıdır”, Netanyahu söyləyib.

 

İsrailin Baş Naziri əlavə edib ki, koronavirus İsrailin İranın təcavüzünə qarşı qətiyyətini azaltmır: “Biz Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.

Müəllif: Ayna.az