İsrail hərbçiləri artıq silah anbarları da daxil olmaqla 30-dan çox hədəfə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində əməliyyata başlayıb. AYNA xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi “Telegram” kanalında bildirilib.
“Qəzzanın cənubundakı Xan Yunis bölgəsində terrorçuların və terror infrastrukturunun mövcudluğuna dair kəşfiyyat məlumatı aldıqdan sonra və Qəzza zolağı boyunca terror təşkilatlarının yenidən birləşməyə cəhd edərkən onların imkanlarını zəiflətmək səylərinin bir hissəsi olaraq, İDF 98-ci Diviziyası əməliyyata başladı. Xan Yunis ərazisində əməliyyat tədbirləri həyata keçirilir”, - qeyd olunub.
İsrail ordusunun məlumatına görə, İsrail hərbçiləri artıq silah anbarları da daxil olmaqla 30-dan çox hədəfə zərbələr endirib.
Avqustun 7-də İsrail Müdafiə Qüvvələri Livana yeni hücumlar elan edib. Zərbə nəticəsində tank əleyhinə bölməyə komandirlik edən Hizbullah yaraqlısı Həsən Fares Coşi öldürülüb.