İsrail Qəzzada bufer zona yaradır: mindən çox bina dağıdılıb

Dünya

25.01.2024 - 13:44

cedabet dərman SEO Xidməti

"Bufer zonada heç kim olmayacaq, yalnız minalar olacaq ki, 7 oktyabr bir daha təkrarlanmasın"

ABŞ anklavın sərhədlərinin dəyişdirilməsinə qarşı çıxdığı üçün İsrail Qəzza zolağı ilə bufer zona yaratmağa hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İsrail hərbçiləri Qəzzada mindən çox bina və tikilini dağıdıb. Nəşrin qeyd etdiyinə görə, əməliyyatın məqsədi “israillilərə tam fəaliyyət azadlığı vermək üçün ərazini terrorçulardan təmizləməkdir”.

Nəşr İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Amos Yadlinin belə bir bufer zonasının dərinliyinin bir kilometrə qədər ola biləcəyini bəyan edən sözlərini də sitat gətirib: "Bufer zonada heç kim olmayacaq, yalnız minalar olacaq ki, 7 oktyabr bir daha təkrarlanmasın".

Qeyd edək ki, bundan əvvəl İsrail və Fələstinin radikal HƏMAS hərəkatının bir aylıq atəşkəsə razılaşdığı məlum olub. Qeyd olunub ki, hərbi əməliyyatların dayandırılması zamanı əsirlərin mübadiləsi aparıla bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş