İsrail ordusu Suriyadakı hərbi obyektlərə hücum edib

Dünya

30.10.2023 - 10:57

cedabet dərman SEO Xidməti

Müdafiə Qüvvələrinin təyyarəsi Suriya ərazisindəki hərbi infrastruktura zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Suriyadakı hərbi obyektlərə hücum edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Qüvvələrinin Mətbuat Xidməti “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da Suriyadan İsrailə raket buraxılışına cavab olaraq Müdafiə Qüvvələrinin təyyarəsi Suriya ərazisindəki hərbi infrastruktura zərbələr endirib.

Bundan əvvəl “The New York Times” yüksək rütbəli amerikalı rəsmilərə istinadən yazıb ki, İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovlarla bağlı danışıqlarda vaxt qazanmaq üçün Qəzza zolağında genişmiqyaslı quru əməliyyatının başlamasını dəfələrlə təxirə salıb.

Nəşr onu da yazıb ki, İsrail Qəzza zolağında quru əməliyyatını təxirə salır ki, ABŞ bu bölgəyə əlavə raketdən müdafiə qüvvələri yerləşdirsin.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş