İsrail ordusu Livana girəcək

Dünya

03.03.2026 - 14:31

Netanyahu və Katz ordunun Livanın cənubunda əməliyyat keçirməsinə icazə veriblər

İsrail ordusunun Livanın cənubuna girməsinə icazə verilib. AYNA.AZ xəbər verir ki, “The Times of Israel” qəzetinin məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

O Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrail ordusunun Livana doğru irəliləməsinə və İsrail ərazilərinin atəşə tutulmasının qarşısını almaq üçün yeni əraziləri tutmasına icazə verdiyini söyləyib.

Qeyd edək ki, “Hizbullah” İsrailə hücumları Livanın cənubundan dron və raketlərdən istifadə etməklə həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş