İsrail ordusu hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etməyi tələb edib

Dünya

12.08.2024 - 11:03

Həkimlər Klinikalar SEO Xidməti

“Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”

İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. AYNA xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

“Kan” qeyd edir ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır və Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.

Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin iyulun 31-də Tehranda ölümündən və Beyrutda Hizbullahın hərbi qanadının komandirlərindən biri olan Fuad Şökrün məhvindən sonra gərginlik artıb. İran, HƏMAS və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş