Ramallah şəhərindəki ofis 45 gün müddətinə bağlanıb
Silahlanmış İsrail əsgərləri “Əl-Cəzirə”nin İordan çayının qərb sahilindəki Ramallah şəhərindəki ofisinə daxil olub və onun bağlandığını elan ediblər.
AYNA xəbər verir ki, bu barədə telekanal bildirib.
“İsrail qüvvələri Əl-Cəzirə kanalının işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərindəki ofisinə basqın edib və 45 gün müddətinə bağlanıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, “ağır silahlı” hərbçilər işçilərə avadanlığı götürüb dərhal ofisi tərk etməyi əmr ediblər.
Mətbuatın istinad etdiyi əsgərlərdən birinin sözlərinə görə, “Əl-Cəzirə”nin ofisini 45 gün müddətinə bağlamaq barədə məhkəmə qərarı var.