İsrail İranın enerji obyektlərinə hücum üçün ABŞ-ın icazəsini gözləyir

Dünya

05.04.2026 - 19:10

Bu cür zərbələr ehtimal ki, gələn həftə ərzində vurulacaq

İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır. Lakin ABŞ-dan "yaşıl işıq" gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” İsrail Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Bildirilib ki, bu cür zərbələr ehtimal ki, gələn həftə ərzində vurulacaq.

Bu şərhlər Donald Trampın İrana 48 saatlıq ultimatum verməsindən sonra gəlib.

Qeyd edək ki, Tramp deyib: “Ya Hörmüz boğazını açın və Vaşinqtonla danışıqlar aparın, ya da "cəhənnəmlə" üzləşəcəksiniz”.

Bu, İran rəsmilərinin kəskin reaksiyasına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş