İranın Suriyanın Homs əyalətində yerləşən mühəndislik zavoduna zərbə endirilib
İsrail Hərbi Hava Qüvvələri İranın Suriyanın Homs əyalətində yerləşən mühəndislik zavoduna zərbə endirib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə sənaye şəhərciyinin direktoru Amer Xəlil deyib.
Xəlilin sözlərinə görə, İsrail ordusu İranın Hessya şəhərində yerləşən Saba mühəndislik zavoduna hava zərbəsi endirib.
Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant İrana qarşı ölümcül və gözlənilməz zərbə endiriləcəyini bildirmişdi. Nazir vurğulayıb ki, İran nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcək, yalnız nəticələri görəcək.
İranın raket hücumundan sonra İsrailin cavab hücumu, hücumun 1 oktyabr 2024-cü ildə sona çatmasından dərhal sonra elan edilib. Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Təl-Əviv cavab verməyə çalışarsa, İran hücumu dəfələrlə gücləndirərək təkrarlayacaq.