İsrail Beyruta hücum edib: “Hizbullah” lideri öldürülüb

Dünya

02.03.2026 - 11:49

Hava zərbələri nəticəsində ən azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb

İsrailin Beyrutun cənub ətrafı və cənubi Livandakı yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 20 nəfər ölüb, daha 50 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Livanın təcili yardım xidmətindəki mənbə “RİA Novosti”yə bildirib.  

"İlkin məlumatlara görə, İsrailin Beyrutun cənub ətrafı və cənubi Livandakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ən azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb", - deyə qeyd edib.

Mənbə əlavə edib ki, ölkənin cənubunda yaşayış binasına raket düşməsi nəticəsində hamısı eyni ailənin üzvü olan yeddi nəfər həlak olub.

“Əl-Hədət"in məlumatına görə, şiə “Hizbullah” hərəkatının parlament fraksiyasının lideri Məhəmməd Raad Beyrutun cənub ətrafına endirilən hava zərbəsi nəticəsində həlak olub. O Livanın Deputatlar Palatasında “Hizbullah” hərəkatını təmsil edən fraksiyaya rəhbərlik edib.

Kanalın məlumatına görə, ölənlər arasında Livanın cənubundakı “Hizbullah”ın əsas komandiri də var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş