İspaniyadan gələn ət məmulatlarına qadağa qoyuldu

Xəbərlər

04.08.2021 - 18:23

cedabet dərman SEO Xidməti

Krallığın Balear adalarında blutanq xəstəliyi qeydə alınıb

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İspaniya Krallığının Balear adalarında blutanq xəstəliyi qeydə alınıb. Bu barədə AYNA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

 

Qeyd edilib ki, Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İspaniya Krallığının Balear adalarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş