İspaniyada avtobusun aşması nəticəsində 50-dən çox sərnişin xəsarət alıb

Dünya

16.07.2024 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Nəqliyyat vasitəsində 60-a yaxın adam olub

İspaniyanın Barselona regionunda baş verən qəzadan sonra həkimlər avtobusda olan 50-dən çox sərnişinə tibbi yardım göstəriblər.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi “X” hesabında məlumat yayıb.

Bildirilib ki, həkimlər 52 nəfərə yardım göstəriblər. Avtobus Pineda-de-Mar kəndi yaxınlığındakı tunelə daxil olarkən aşıb. Nəqliyyat vasitəsində 60-a yaxın adam olub.

Avtobus İspaniyanın “Inditex” geyim şirkətinin işçilərini daşıyırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş