İsmayıllıda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb

Xəbərlər

12.01.2026 - 23:21

“Ev quşlarının kəsimi baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən həyata keçirilir”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları nəzarət tədbirləri çərçivəsində İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi,13 ünvanında fiziki şəxs Adil Əli oğlu Qaradaşlıya məxsus quş kəsimi sexində yoxlama aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı sexin antisanitar şəraitdə və qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

“Ev quşlarının kəsimi baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən həyata keçirilir, müvafiq təmizlik işləri aparılmır, işçi heyət tibbi müayinəyə cəlb olunmayıb və xüsusi geyimdən istifadə etmir, istifadə olunan alət və avadanlıqların təmizliyinə nəzarət olunmur və digər sanitar-gigiyenik tələblər pozulub”, - deyə məlumatda bildirilib.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb. Sexdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş